SOSİAL HƏYAT

Tələbə həyatı

Ağdam Dövlət Sosial-İqtisadi Kolleci tələbələr üçün kollecin ictimai-siyasi, mədəni, sosial həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə mütəmadi olaraq yerli təlimlər, seminarlar, konfranslar, müsabiqələr və digər bu kimi fəaliyyətlər təşkil edir. Tələbələrin sosial layihələrdə, müxtəlif miqyaslı və mövzulu təlimlərdə, elmi - praktik konfranslarda iştirakı, forumlara və intellektual oyunlara qatılması kollec üçün mühüm fəaliyyət istiqamətlərindəndir. ADSİ Kollecində tələbələrin asudə vaxtlarını səmərəli keçirilməsinə xüsusi diqqət ayrılır. ADSİ Kollecində Tələbə Gənclər Təşkilatı da(TGT) fəaliyyət göstərir. TGT-nin məqsədi tələbələrin maraqlarını təmsil və müdafiə etmək, ölkənin, kollecin ictimasi-siyasi, mədəni həyatında onların fəal iştirakını təmin etməkdir. Tələbələrlə işin mühüm istiqamətlərindən biri onların praktiki biliklər əldə etməsidir. Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri müxtəlif dövlət əhəmiyyətli tədbirlərdə müəllim heyəti ilə birlikdə kolleci təmsil edirlər.

Shape Thumb
Shape Thumb
Shape Thumb