Nizam-İntizam qaydaları

Tələbələrin kollecdəki nizam-intizam qaydaları

I. Ümumi müddəalar 1.1 “Ağdam Dövlət Sosial -İqtisadi Kollecininin nizam-intizam qaydaları “ kollecdə qadağan olunan və ya tələbə adına, şərəf və ləyaqətinə uyğun olmayan hərəkətlər edən tələbələrə qarşı tətbiq ediləcək intizam tədbirlərini, onların tətbiq edilməsi prosedurunu müəyyən edən qaydalar məcmusudur. 1.2 Bu qaydalar Azərbaycan Respublikasının “Təhsil haqqında” qanuna Kollecin Nizamnaməsinə uyğun olaraq hazırlanmışdır. 1.3 Bu qaydalar Ağdam Dövlət Sosial-İqtisadi Kollecində təhsil alan hər bir tələbəyə şamil olunur. 1.4 Bu qaydaların tətbiqi zamanı aşağıdakı prinsiplər əsas götürülür. 1.4.1 Bərabərlik prinsipi: intizam qaydalarını pozmuş tələbələr irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, maddi vəziyyətindən, əqidəsindən, siyasi partiyalara, digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq intizam məsuliyyətinə cəlb olunurlar. 1.4.2 Ədalət prinsipi: intizam qaydalarını pozmuş tələbəyə tətbiq edilən intizam tənbehi ədalətli olmalıdır, yəni pozuntunun xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. 1.4.3 Humanizm prinsipi: intizam qaydalarını pozmuş tələbəyə tətbiq edilən intizam tənbehi insan ləyaqətinə alçatmaq məqsədi daşıya bilməz. II.ÜMUMİ TƏLƏBLƏR 2.1 Kollecdə təhsil alan hər bir tələbə aşağıdakılara riayət etməlidir 2.1.1 Kollecin Nizamnaməsinə, əsasnamələrinə, direktorun əmr və sərəncamlarına, Pedaqoji Şuranın qərarlarına riayət etməlidir. 2.1.2 Kollecin əmlakını qorumalı, üzləşdiyi pozuntular haqqında kollecin məsul işçilərinə məlumat verməlidir. 2.1.3 Tələbə adına yaraşmayan və qadağan edilmiş hərəkətlərə yol verməməli, kollecdə səliqə-səhmanı yaradılmasına və qorunmasına dəstək verməli, dərs prosenin normal gedişinə mane olan hərəkətlər etməməli, tələbə yoldaşlarına, kollec əməkdaşlarına qarşı diqqət olmalı, hörmət etməlidir. 2.1.4 Kollecin nüfuzuna, mənəvi dəyərlərinə zidd hərəkətlər etməməlidir. 2.1.5 Milli dəyərlərə hörmət etməli, onları qorumalıdır. 2.1.6 Milli mentalitetə uyğun olmayan xarici görkəmdə gəlməməlidir. III.İNTİZAM TƏDBİRLƏRİ VƏ ONLARIN TƏTBİQ QAYDALARI. 3.1 Tələbə kollecdə nizam-intizamı pozduqda ona qarşı aşağıdakı intizam tədbirlərindən biri tətbiq edilə bilər. 3.1.1 Töhmət 3.1.2 Şiddətli töhmət 3.1.3 Kollecdən xaric etmə( bir semestr, iki semestr və ya daha uzun müddətə) 3.2 Tələbə təkrarən pozuntu törətdiyi halda onun barəsində daha ağır intizam tədbirləri görülə bilər. IV. TÖHMƏT 4.1 Töhmət tələbəyə hərəkət və davranışlarında yol verdiyi pozuntuların yazılı şəkildə bildirilməsidir.Töhmət aşağıdakı hallarda tətbiq edilir. 4.1.1 Başqalarına qarşı kobudluq, hörmətsizlik və tərbiyəsizlik etmək, başqalarını narahat edəcək şəkildə qışqırmaq, mahnı oxumaq, musiqiyə qulaq asmaq, səs- küy salmaq, ətrafın təmizliyinə riayət etməmək. 4.1.2 Kollec daxilində icazəsiz elanlar, afişa və plakatlar asmaq. 4.1.3 Kollec tərəfindən asılan hər növ elanı qopartmaq, cırmaq, dəyişdirmək, qaralamaq və ya korlamaq. 4.1.4 Hərəkətləri və davranışı ilə dərsin normal gedişini pozmaq, dərsdə mobil telefon və digər texniki vasitələrdən istifadə etmək. 4.1.5 Mobil telefon və digər texniki vasitələri nəzarətçiyə təhvil vermədən imtahana girmək. 4.1.6 Kollecin divarlarında və əmlakın üzərinə yazı yazmaq, işarələr qoymaq, şəkil çəkmək, onları hər hansı şəkildə korlamaq. 4.1.7 Müxtlif tətbirlərin keçirilməsinə mane olmaq, tədbir proqramına xələl gətirəcək hərəkətlər etmək. 4.1.8 Kollec daxilində siyasi və dini təbliğatla məşğul olmaq. 4.1.9 İntizam təhqiqatının aparılmasına hər hansı bir şəkildə mane olmaq və ya buna cəhd etmək. 4.1.10 Kollecdə aldığı sənədi (tələbə bileti) başqasının istifadəsi üçün şərait yaratmaq. 4.1.11 Təkbaşına və qrup şəklində müəllim və rəhbər işçilərin qəbul etdikləri qərarlara qarşı çıxmaq və bununla əlaqədar tələbələr arasında həmin şəxlərə qarşı təbliğat aparmaq və belə hərəkətlərə cəhd etmək. 4.1.12 Dil, irq, milli mənsubiyyət, din və məshəb kimi əlamətlərə görə qütbləşmələr yaradaraq fəaliyyət göstərmək, ayrıseçkilik etmək. 4.1.13 Kollecdə əşyalara, qapı, pəncərə, divar və digər yerlərə ideoloji və siyası xarakterli yazılar yazmaq, şəkil, emblem yapışdırmaq. 4.1.14 Kollec və ona bağlı qorumalarda hər hansı siyasi partiyanın lehinə və əleyhinə fəaliyyət göstərməklə bununla bağlı müxtəlif təbliğatlar aparmaq. 4.1.15 Təkbaşına və qrup halında kollec daxilində və xaricdə kollecin nüfuzuna xələl gətirəcək hərəkətlər etmək. 4.1.16 Kollec və ona bağlı qruplarda səlahiyyətli şəxslərdən icazə almadan müxtəlif tədbirlər təşkil etmək və ya belə tədbirlərdə iştirak etmək. 4.1.17 Kollec və ya onun hər hansı qurumunu təmsil etmək səlahiyyəti olmadığı halda özünun səlahiyyətli şəxs kimi göstərərərək kollecin nüfuzuna xələl gətirən bəyanatlar vermək, iclas və ya tədbirlərdə iştirak etmək. 4.1.18 Kollec binaları və ərazisində qadağan olunmuş yerlərə daxil olmaq. 4.1.19. Qanunsuz fəaliyyət göstərən təşkilatlara üzv olmaq və ya bu təşkilatların lehinə fəaliyyət göstərmək. 4.1.20 Kollecdə qadağan olunmuş yerlərdə siqaret çəkmək. 4.1.21 İmtahanda köçürmək və ya köçürməyə şərayit yaratmaq. 4.1.22 Tələbə yazdığı kurs islərində, buraxılış işlərində plagiata yol verdiyi təqdirdə. V.Şiddətli töhmət 5.1 Şiddətli töhmət tələbəyə hərəkət və davranışlarında qüsurlu olduğunun təsbit edildiyinin və təkrar intizam pozuntunun törədəcəyi təqdirdə daha ağır cəza nəzərdə tutulan müddəaların tətbiq ediləcəyinin bildirilməsidir.Şiddətli töhmət aşağıdakı hallarda tətbiq edilir. 5.1.1 Bu qaydada 5.1 ci maddəsi ilə müəyyən olunmuş hallar təkrarən törədildikdə. 5.1.2 Kollec müəllimlərinə və əməkdaşlarına hədə-qorxu gəldikdə. 5.1.3 Kollec daxilində spirtli içkilər içdikdə. VI. Kollecdən xaric etmə (bir semestr, iki semestr və ya daha uzun müddətdə) 6.1 Kollecdən xaricetmə-tələbəyə kollecdən bir semestr, iki semestr və ya daha uzun müddətə xaric edilməsinin və bu müddət ərzində tələbəlik hüquqlarından məhrum edilməsinin səlahiyyətli şəxsin əmri əsasında yazılı şəkildə bildirilməsidir.Kollecdə bir semestr, iki semestr vəya daha uzun müddətə xaricetmə aşağıdakı hallarda tətbiq edilir. 6.1.1 Şiddətli töhmət almış tələbə tərəfindən təkrarən pozuntu törədildikdə. 6.1.2 Kollecin tələbə, müəllim və əməkdaşlarının şərəf və ləyaqətini, şəxsiyyətini ağır şəkildə təhqir etdikdə. 6.1.3 Bilərəkdən, planlı şəkildə kollecin nüfuzuna xələl gətirən tədbirlər keçirdikdə iclaslar, mitinqlər və nümayişlər təşkil etdikdə, təbliğatlar apardıqda. 6.1.4 Cinayət tərkibli hərəkətlər etdikdə. 6.1.5 Kollecin işçiləri və ya tələbələrə qarşı güc tətbiq etdikdə. 6.1.6 Kollecə aid olan və ya kollecə təqdim olunan hər hansı rəsmi sənəddə imzanı saxtalaşdırıldıqda. 6.1.7 Kollec səndlərində dəyişikliklər etdikdə başqalarını da buna təhrik etdikdə. 6.1.8 Kollecin informasiya sisteminə müdaxilə etdikdə, bu yolla məlumat əldə olunduqda, məlumatlarda dəyişikliklər etdikdə sistemin normal fəaliyytinə xələl gətirdikdə başqalarını buna təhrik etdikdə və belə hərəkətlərə cəhd etdikdə. 6.1.9 Başqa tələbənin əvəzinə imtahan verdiyi halda. 6.1.10 Bilərəkdən başqasının onun əvəzinə imtahan verməsinə şərait yaratdıqda. 6.1.11 Kollecin əmlakına təqsirli hərəkətlərlə ziyan vurduqda, onu talan etdikdə. VII. İntizam tədbirlərinin tətbiqi qaydaları. 7.1 Nizam-intizam qaydalarının pozulması ilə bağlı intizam tədbiqi tətbiq edilməzdən əvvəl tələbədən yazılı izahat almalıdır. 7.2 Tələbənin yazılı izahat verib-verməməsindən asılı olmayaraq intizam məsuliyyətinə səbəb ola biləcək pozuntu ilə bağlı maksimum 3 gün, xüsusi hallarda isə 5 gün müddətinə araşdırma aparılır.Ehtiyac olarsa araşdırma müddəti artırıla bilər.Araşdırma direktorun göstərişinə əsasən və bu məqsədlə yaradılan komissiya tərəfindən aparılır. 7.3 Kollecin bütün tələbələri və işçiləri araşdırma aparan şəxsə və ya komissiyaya lazım olan bütün məlumat və sənədləri təqdim etməlidirlər. 7.4 İntizam tədbiri hadisənin baş verməsinin aşkar olunduğu gündən 1(bir) ay müddətinə tətbiq edilə bilər. 7.5 Haqqında araşdırma aparılan tələbə kollec daxilində şöbəsini və ixtisasını dəyişə bilməz və başqa kollecə köçürülə bilməz. 7.6 Araşdırma tamamlandıqdan sonra komissiya uyğun hesabat hazırlayır və tələbəyə qarşı hansı bir intizam tədbirinin tətbiq edilməsi barədə şöbə müdirinə yazılı təkliflərini verir.Şöbə müdiri buna əsaslanaraq müvafiq təqdimatı direktora təqdim edir. 7.7 İntizam tədbiri yazılı şəkildə vəzifəli şəxsin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir.Tələbə əmrlə 3 gün müddətində tanış edilir.Direktorun əmrləri bütün şöbələrin elanlar lövhələrindən asılır. 7.8 Sərəncam və əmrlərdə tələbənin şərəf və ləyaqətini alçaldan ifadələrin işlədilməsi yol verilməzdir. 7.9 Tələbəyə qarşı görülən intizam tədbiri haqqında məlumat tələbənin şəxsi işinə və transkriptə qeyd edilir VIII.İntizam tədbiri haqqında qərar qəbul etmə səlahiyyəti olan vəzifəli şəxslər. 8.1 Töhmət, şiddətli töhmət və 1 semestr, 2 semestr və ya daha uzun müddətə kollecdən xaric etmə tədbirləri haqqında uyğun qərar aidiyyatı şöbə müdirinin, komissiyanın təqdimatı ilə direktor tərəfindən verilir. IX. İntizam tədbirindən apellyasiya şikayətinin verilməsi qaydaları 9.1 İntizam tədbiri ilə bağlı rəsmi əmr haqqında tələbəyə məlumat veriləndən 3 iş günuü müddətində tələbə apellyasiya şikayət verə bilər. 9.2 Apellyasiya şikayəti birbaşa direktora ünvanlanır. 9.3 Apellyasiya şikayəti ilə bağlı direktor tərəfindən apellyasiya komissiyası və 5 iş günü müddətində araşdırma aparılır.İlkin araşdırmada işdirak edən şəxslər Apellyasiya Komissiyasının üzvü ola bilməzlər. 9.4 Apellyasiya Komissiyası şikayəti araşdırır və intizam tədbiri ilə bağlı verilən qərarın qüvvədə saxlanması, ləğv edilməsi və ya ona dəyişikliklər edilməsi barədə tövsiyyələrini verir. 9.5 Apellyasiya Komissiyasının tövsiyyələrinə əsasən direktor son qərar verir. 9.6 Dərslərində və davranışlarında yaxşı göstəricilərə görə intizam tədbir 6 aydan sonra vaxtından əvvəl götürülə bilər.

Shape Thumb
Shape Thumb
Shape Thumb