HAQQIMIZDA

Haqqımızda

Yazılı mənbələrə görə SSRİ Nazirlər Sovetinin qərarı ilə 1925 -ci ildə Ağdam Kənd Təsərrüfatı Texnikomu təsis edilmişdir.Bu texnikomda müxtəlif illərdə aqronomluq və kənd təsərrüfatının mexanikləşdirilməsi, meliorasiya, bitki mühafizəsi, meşə təsərrüfatının təşkili, xalq təsərrüfatının iqtisadiyyatı, mühasibat uçotu, zootexnik ixtisasları üzrə kadr hazırlanmışdır. Ağdam Kənd Təsərrüfatının texnikomu Ağdam şəhərində fəaliyyət göstərdiyi dövrdə texnikomun üçmərtəbəli 28 otaqlı tədris korpusu, ikimərtəbəli 150 yerlik tələbə yataqxanası, idman meydançası, idman zalı, akt zalı, kabinə və laboratoriyalar, kənd təsərrüfatı maşın və alətləri olmaqla 450 nəfər tələbəsi, 50 nəfər müəllim və işçisi olmuşdur. 1993- cü ildə mənfur erməni işğalı ilə əlaqədar olaraq texnikom öz fəaliyyətini Ağcabədi şəhər 11 saylı orta məktəbdə davam etdirmişdir. Ağdam Kənd Təsərrüfatı Texnikomunun fəaliyyətindən bir neçə il sonra Kənd təsərrüfatının Mexnikləşdirilməsi və Elektrikləşməsi Texnikomu yaradılmış və 2002 – ci ilə qədər fəailyyət göstərmişdir. Texnikoma hər il 800- 1000 nəfər tələbə qəbul edilirdi.Əyani və qiyabi şöbələri vardı.1980 -ci illərdə texnikomun yeni beşmərtəbəli tədris və yataqxana binası tikilib istifadəyə verilmişdir.Texnikomda “ Kənd təsərrüfatı mexaniki”, “Avtomobillərin təmiri”, “İqtisadiyyat”,”Elektrik”,”İnşaat” ixtisaslar üzrə mütəxəssislər hazırlanırdı. Ağdam Mexanikləşdirilmə və Elektrikləşdirmə Texnikomu əvvəllər Kənd Təsərrüfatı Texnikomunun tərkibində fəaliyyət göstərmişdir. Ağdam Dövlət Sosial İqtisadi Kolleci Azərbycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002 -ci il tarixli qərarı ilə Ağdam Kənd Təsərrüfatı və Ağdam Təsərrüfatının Mexnikləşdirilməsi və Elektrikləşdirilməsi texnikomlarının bazalarında yaradılmışdır.

Shape Thumb
Shape Thumb
Shape Thumb

Ağdam Dövlət Sosial-İqtisadi Kolleci

Elm ağılın çırağıdır!
Təhsil gənclərin gələcəyidir. Gələcəyiniz güvənli əllərdə olsun.

Shape Thumb
Shape Thumb
Shape Thumb
İXTİSASLI Kadrlarımız

Peşəkar heyətimizlə tanış olun

Məhəməd Aslanov
Tədris işləri üzrə direktor müavini
İlahə Verdiyeva
Tərbiyə işləri üzrə direktor müavini
Sərvan Qasımov
İnzibati və təsərrüfat işləri üzrə direktor müavini
Xaləddin Tağıyev
Pedaqoji şöbə müdiri
Elvin Məmmədov
Qeydiyyat və monitorinq üzrə şöbə müdiri
Eyvaz Hacızadə
Texniki şöbə müdiri
Aygün Əhmədova
İstehsalat təcrübə rəhbəri
Sənan Bayramov
Kadr işləri üzrə mütəxəssis
Fədai Əliyev
Fiziki tərbiyə rəhbəri
Cəsur Məmmədov
Gənclərin çağrışaqədərki hazırlıq rəhbəri
Shape Thumb
Shape Thumb
Shape Thumb
Shape Thumb