KOLLEC HAQQINDA

Kollec haqqında

Ağdam Dövlət Sosial – İqtisadi Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002 -ci il tarixli 140 saylı qərarı ilə Ağdam Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi texnikomlarının bazalarında yaradılmışdır. 1993 -cü ildə Ağdam rayonu işğal olunduqdan sonra həmin texnikomlar öz fəaliyyətini Ağcabədi rayonunda davam etdirməyə məcbur olmuşlar. 2002 -ci ildə yeni yaradılan kollec əvvəlcə Ağcabədi rayonunda fəaliyyətə başlamış, Təhsil Nazirliyinin 48-14-6043/16 saylı 27 avqust 2008 -ci il tarixli məktubuna əsasən isə Ağdam rayonunun Quzanlı qəsəbəsində əvvəllər Quzanlı kənd orta məktəbi üçün nəzərdə tutulmuş binada fəaliyyətini davam etdirir. Hazırda Ağdam Dövlət Sosial – İqtisadi Kollecində əyani təhsilalma forması üzrə 1300 nəfər ,qiyabi təhsilalma forması üzrə 270 , cəmi kollec üzrə 1570 nəfər təhsil alır. Kollec üzrə əyani təhsilalma formasında 13 ixtisas , qiyabi təhsilalma formasında isə 4 ixtisas üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Əyani təhsilalma forması üzrə ixtisaslar : Ailə və ev təhsili, Fiziki tərbiyə müəllimliyi, Məktəbəqədər təhsil, Maliyyə işi, Mühasibat uçotu, Elektrik təchizatı, Nəqliyyat vasitələrinin texniki istismarı, Poçt rabitəsi, Aqrar ( fermer) təsərrüfatının təşkili, Aqranomluq, Baytarlıq, Yerqurluşu daşınmaz əmlakın kadastrı, Kompüter sistemləri və kompleksləri. Qiyabi təhsilalma forması üzrə ixtisaslar: Maliyyə işi, Mühasibat uçotu, Elektrik təchizatı, Nəqliyyat vasitələrinin texniki istismarı. Kollecə 15 sentyabr 2014 -cü ildən İqtisad üzrə elmlər doktoru, professor Cavadov Natiq Əli oğlu rəhbərlik edir.

Shape Thumb
Shape Thumb
Shape Thumb