HAQQIMIZDA

Haqqımızda

Yazılı mənbələrə görə SSRİ Nazirlər Sovetinin qərarı ilə 1925 -ci ildə Ağdam Kənd Təsərrüfatı Texnikomu təsis edilmişdir.Bu texnikomda müxtəlif illərdə aqronomluq və kənd təsərrüfatının mexanikləşdirilməsi, meliorasiya, bitki mühafizəsi, meşə təsərrüfatının təşkili, xalq təsərrüfatının iqtisadiyyatı, mühasibat uçotu, zootexnik ixtisasları üzrə kadr hazırlanmışdır. Ağdam Kənd Təsərrüfatının texnikomu Ağdam şəhərində fəaliyyət göstərdiyi dövrdə texnikomun üçmərtəbəli 28 otaqlı tədris korpusu, ikimərtəbəli 150 yerlik tələbə yataqxanası, idman meydançası, idman zalı, akt zalı, kabinə və laboratoriyalar, kənd təsərrüfatı maşın və alətləri olmaqla 450 nəfər tələbəsi, 50 nəfər müəllim və işçisi olmuşdur. 1993- cü ildə mənfur erməni işğalı ilə əlaqədar olaraq texnikom öz fəaliyyətini Ağcabədi şəhər 11 saylı orta məktəbdə davam etdirmişdir. Ağdam Kənd Təsərrüfatı Texnikomunun fəaliyyətindən bir neçə il sonra Kənd təsərrüfatının Mexnikləşdirilməsi və Elektrikləşməsi Texnikomu yaradılmış və 2002 – ci ilə qədər fəailyyət göstərmişdir. Texnikoma hər il 800- 1000 nəfər tələbə qəbul edilirdi.Əyani və qiyabi şöbələri vardı.1980 -ci illərdə texnikomun yeni beşmərtəbəli tədris və yataqxana binası tikilib istifadəyə verilmişdir.Texnikomda “ Kənd təsərrüfatı mexaniki”, “Avtomobillərin təmiri”, “İqtisadiyyat”,”Elektrik”,”İnşaat” ixtisaslar üzrə mütəxəssislər hazırlanırdı. Ağdam Mexanikləşdirilmə və Elektrikləşdirmə Texnikomu əvvəllər Kənd Təsərrüfatı Texnikomunun tərkibində fəaliyyət göstərmişdir. Ağdam Dövlət Sosial İqtisadi Kolleci Azərbycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002 -ci il tarixli qərarı ilə Ağdam Kənd Təsərrüfatı və Ağdam Təsərrüfatının Mexnikləşdirilməsi və Elektrikləşdirilməsi texnikomlarının bazalarında yaradılmışdır.

Shape Thumb
Shape Thumb
Shape Thumb
Xəbərlər

Əsas Xəbərlər

Shape Thumb
Shape Thumb
Shape Thumb
Shape Thumb
Icons Images

00

Tələbələr
Icons Images

00

Kurslar & Videolar
Icons Images

50

Mentor Tələbələr
Icons Images

00

Ağdamlı Tələbələr
NİYƏ BİZİ SEÇMƏlİSİNİZ ?

YENİ HƏDƏFLƏRƏ DOĞRU

Son illərdə bütün sahələrdə olduğu kimi təhsil sistemində də islahatlar görürük.Bu islahatlar Azərbaycan təhsilinin inkişafında, Elm və Təhsil Nazirliyinin yenidən qurulmasında, həmçinin yüksək ixtisaslı kadrların formalaşmasında təhsilalanların dünya standartlarına uyğun təhsil almasına yönəlmişdir. Təhsil sistemində aparılan mütərəqqi islahatlar orta ixtisas təhsili pilləsindən də yan keçməmişdir.Belə ki, ölkə iqtisadiyyatının sürətli inkişafı və əmək bazarının tələblərinin dəyişməsi, bu tələblərə uyğun təhsilin məzmununu yeniləmək, orta ixtisas təhsili pilləsində yeni ixtisaslar üzrə kadr hazırlığını aparmaq, müvafiq ixtisaslarda tədris olunan fənlərin məzmunu və kreditlərinə uyğunlaşdırmaq zərurətini yaratmışdır.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən kolleclərin profillərinə uyğun ali təhsil müəssisələrinin nəzdinə verilməsinə, həmin kollec və ali təhsil müəssisələrinin bakalavriat müvafiq ixtisaslar üzrə subbakalavrların qəbul edilməsinə təkan vermişdir. Kollecimizdə tədris və təlim- tərbiyə işləri müasir dövrün tələbləri səviyyəsində qurulub. Tələbələrin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi, istedadlı və yaradıçı gənclərlə işin təşkili, hüquq pozuntularına qarşı mübarizə, ictimai- siyasi həyatda gənclərin fəal iştirakının təmin etmək, təhsilverənlərin başlıca məqsədidir. Təhsilin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması və bu sahədə göstərilən dövlət qayğısı fonunda təhsilin bütün səviyyələrinə yeni nəfəs gəlib.

TƏLƏBƏLƏRƏ DƏSTƏK BİZİM BAŞLICA AMALIMIZDIR

Ağdam Dövlət Sosial- İqtisadi Kollecində təhsil alan tələbələrin əksəriyyəti həyat təcrübəsi az olan yeniyetmələrdir.Buna görə də, onların hərtərəfli dəstək və məsləhətlərə ,karyeranın inkişaf etdirilməsi, hüququn tənzimlənməsi, məsləhət, psixaloji dəstək və tələbələrə xüsusi qayğı göstərməkdir.Tələbələrin elmə və biliyə olan marağının artırılması, sağlam gənclərin formalaşması, tələbələr arasında vətənpərvərlik milli -mənəvi dəyərlərə bağlılıq, dövlətçilik və azərbaycançılıq ideyalarının ,yoldaşlıq, kollektivçilik, münasibətlərinin təbliği sağlamlığın və təhlükəsizliyin qorunması, asudə vaxtın və istirahətin səmərəli təşkili və s.məqsədi ilə kollecimizdə daim işlər aparılır.Ağdam Dövlət Sosial İqtisadi Kollecinin qarşısında duran məsələ tələbələrin əsl insan kimi yetişməsidir.

Shape Thumb
Shape Thumb